“Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüşün tarixi hələ müəyyən edilməyib”.
KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, görüşün razılaşdırılması diplomatik kanallar vasitəsilə davam edir.
“Xeyr, diplomatik kanallar vasitəsilə görüşün razılaşdırılması hələ də davam edir. Tarixlər dəqiqləşəndə sizə məlumat verəcəyik”, – deyə Kremlin sözçüsü Putinlə Ərdoğan arasında görüşün vaxtı ilə bağlı sualını cavablandırıb.
Ayan,
KONKRET.az
