Kreml “Putinin dublyoru”nun Ukraynaya səfərinə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə danışıb. O, dublyorunun Vladimir Putinin yerinə Ukraynaya getməsi ilə bağlı açıqlamalara münasibət bildirib.
Rusiyalı jurnalistlər Kremlin sözçüsündən belə “qəribə” bəyanatı necə adlandıracağını soruşublar.
“Mən də sizin kimi bunu çox qəribə adlandırdım”, – Peskov deyib.
Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirmişdi ki, Rusiya Federasiyasının ələ keçirdiyi Ukraynanın Xerson və Luqansk vilayətlərinin ərazilərinə səfər edən Putin deyil, onun dublyorlarından biri olub.
Xuraman Etibarlı,
KONKRET.az
