“Kriptovalyutalar cəmiyyətə töhfə vermir” – Bill Qeytsbackend

“Kriptovalyutalar cəmiyyətə töhfə vermir” - Bill Qeyts

“Kriptovalyutalara pərəstiş etmirəm və heç bir rəqəmsal valyutaya sahib deyiləm. Bu investisiya vasitələrinin cəmiyyətə töhfə vermədiyini düşünürəm”.

KONKRET.az xəbər verir ki, bunu “Microsoft”un qurucusu Bill Qeyts deyib.

125 milyard dollarlıq sərvətlə dünyanın dördüncü ən varlı adamı olan Bill Qeytsin sözlərinə görə, o, sərmayəni dəyərli nəticələri olan şeylərə yatırmağı xoşlayır: “Şirkətlərin dəyəri onların necə gözəl məhsul istehsal etməsindən asılıdır. Kriptonun dəyəri, başqasının onun üçün ödəyəcəyi dəyər qədərdir, buna görə də digər investisiyalar kimi cəmiyyətə töhfə vermir”. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*