Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Bildirilib ki, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir. Bu qrup Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistana göndərilib.
Qeyd edək ki, qrup Ermənistan-Azərbaycan sərhədində vəziyyəti araşdırır.
Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə genişmiqyaslı təxribat törədib. KTMT-nin Birləşmiş Qərargahının Əməliyyat qrupunun Ermənistana səfəri də bu hadisələrlə bağlıdır.//Report