KTMT-nin “Sarsılmaz Qardaşlıq – 2022” təlimləri ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, qərar Qırğızıstanın Müdafiə Nazirliyi tərəfindən qəbul edilib.
Oktyabrın 10-dan 14-dək Balıqçıdakı Edelveys təlim mərkəzində keçirilməli olan “Sarsılmaz qardaşlıq – 2022” komanda-qərargah təlimləri Qırğızıstanın Müdafiə Nazirliyi tərəfindən ləğv edilib.
“Sarsılmaz Qardaşlıq – 2022″ təlimləri rəhbərliyin qərarı ilə ləğv edilib”, – deyə nazirliyin sözçüsü bildirib.
Ləğv səbəbi hələ məlum deyil. KTMT hələlik təlimlərin ləğvinə münasibət bildirməyib.
Bu təlimlərdə, planlaşdırıldığı kimi, Tacikistan hərbçiləri iştirak etməli idi.
Xuraman Etibarlı,
KONKRET.az
