Kürdəmirdə zəncirvari qəza: Xəsarət alanlar var – FOTOLAR backend

Kürdəmirdə zəncirvari qəza: Xəsarət alanlar var - FOTOLAR 

Kürdəmirdə zəncirvari yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Daewoo” markalı avtomobil yol kənarında dayanmış “VAZ-2106” markalı avtomobilə, daha sonra eyni markalı digər “VAZ”a çırpılıb.

Nəticədə “VAZ”lardan biri yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri — 27 yaşlı Əlismayıl Əliyev və 34 yaşlı Kamran Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*