Kürəkən milli təhlükəsizlik müşaviri olur?backend

Kürəkən milli təhlükəsizlik müşaviri olur?

ABŞ prezidenti Donald Tramp kürəkəni Cared Kuşneri özünün milli təhlükəsizlik müşaviri təyin edə bilər.

Bu barədə “Atlantic Council” analitik mərkəzinə istinadən “Nezavisimaya qazeta” yazır. Mərkəzin analitiklərinə görə ötən gün Con Boltonu gözlənilmədən vəzifədən azad edəndən sonra Tram bu vəzifəyə ona daha loyal namizəd axtarır. Və üstünlük Cared Kuşnerə verilə bilər.

Kuşner Tramp hakimiyyətə gələnə qədər heç bir dövlət vəzifəsi tutmayıb və diplomatik təcrübəyə malik olmayıb. Hazırda o Trampın qeyri-rəsmi müşaviridir və məlumatlara görə onun qərarlarına təsir imkanlarına malikdir.

Bolton işdəb çıxarılandan sonra onun vəzifəsini müavini Çarlz Kapperman icra edir. “Bloomberg” üç mənbəyə istinadən xəbər verir ki, Boltonun işdən azad edilməsi onunla Tramp arasında İrana görə yaranmış fikir ayrılığıdır. Belə ki, Tramp İrana qarşı sanksiyaların yumşaldılmasını, danışıqlar üçün fürsət yaradılmasını təklif edib. Lakin Bolton buna qarşı çıxıb.

Bir cavab yazın