“Kürün suyundan istifadə edərək, özlərinə su anbarları yaradıblar”backend

"Kürün suyundan istifadə edərək, özlərinə su anbarları yaradıblar"

Son günlər Kür çayının suyunun çəkilməsi narahatlıq yaradan problemlərdəndir. Çayın tamamilə quruduğu bildirilir. Belə ki, Kürdə suyun azalması əkin sahələrinin suvarma və əhalinin içməli su ilə təmin olunmasında çətinliklər yaradıb. Çayın tamamilə quruması gələcəkdə Azərbaycanda su qıtlığının yaranmasına və bir sıra sosial problemlərə səbəb ola bilər. Bəs, görəsən Kür çayının qurumasının səbəbi nədir?

Movzu ilə bağlı ekoloq Telman Zeynalov KONKRET.az-ın sualını cavablandırıb:

“Kür çayı Türkiyədən başlayır və Gürcüstandan keçdikdən sonra Azərbaycana gəlir. Türkiyə su qıtlığı səbəbindən kənd təsərrüfatı üçün 50% suyu Kür çayından götürür. Qalan hissəsi isə Gürcüstan ərazisindən keçir. Ancaq burada çaylar həddindən artıq olduğu üçün Kürün suyuna o qədər də ehtiyac duymurlar.

Bu gün söhbət Azərbaycan ərazisindən gedir. Ölkədə bu və ya digər şəxslər hektarlarla ərazi alıb, Kürün suyundan istifadə edərək, özlərinə su anbarları yaradıblar. Ona görə də Xəzər dənizinə yaxın olan Salyan, Neftçala rayonları içməli su problemi yaşayırlar. Dövlət bu məsələlərə nərazət etməlidir. Azərbaycanda su qıtlığı var və 10 ilə yaxındır ki, quraqlıq keçir. Yağıntının miqdarı demək olar ki, 10%-dir. Ona görə də problemin qarşısını almaq üçün rayonlara gedərək, əkin sahələri və su anbarlarında yoxlamalar aparılmalıdır”.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*