Kut kəndində heç nə dəyişməyib, azərbaycanlılar buranı öz əraziləri sayırlar – Erməni məmurbackend

Kut kəndində heç nə dəyişməyib, azərbaycanlılar buranı öz əraziləri sayırlar - Erməni məmur

“Seçkilərdən sonra sərhəddə heç nə dəyişməyib. Azərbaycanlılar yenə də Kut təpələrindəki mövqelərində qalıblar”.

KONKRET.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Geqarkunik vilayətinin Kut (Zərkənd-red.) kəndinin icra nümayəndəsi Sima Çiçyan deyib.

“Bunlar (Azərbaycan əsgərləri-red.) deyirlər ki, buralar bizim ərazilərdir”,-deyə S.Çiçyan “Yerkir.am” saytına verdiyi müsahibəsində söyləyib.

Erməni məmurun sözlərinə görə, seçkilərdən sonra Azərbaycan əsgərlərinin gedəcəyinə hələ də ümid qalıb. “Gözləyirik ki, gələcəklər, sərhədləri dəqiqləşdirəcəklər, biz də ot biçiminə başlayacağıq. Bilimirəm bu həqiqətə nə qədər yaxındır, amma hələ də ümid edirik”,-deyə o bildirib./müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*