Küveyt əmiri hökumətin istefasını qəbul etdibackend

Küveyt əmiri hökumətin istefasını qəbul etdi

Küveyt əmiri Navaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Əhməd Nəvaf əl-Əhməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə KUNA xəbər agentliyi məlumat yayıb.

Əmirin fərmanına əsasən, həm baş nazir, həm də Küveytin hökuməti yeni nazirlər kabineti formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Bundan əvvəl istefanı Küveytin vəliəhdi Məşəl əl-Əhməd əs-Sabah da təsdiqləyib. Öncə o, bununla bağlı gedən hökumətin başçısı ilə görüş keçirib. İstefa məktubu Nazirlər Kabineti tərəfindən şənbə günü təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*