backend

Laçın dəhlizini bağlayaq, İrəvan dərk etsin! - Politoloq

Ermənistanın bu ilin 9 iyul tarixində Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə əlaqədar xarici ölkələrin Ermənistandakı diplomatik nümayəndəliklərinə nota təqdim etməsi siyasi həyasızlığın son həddidir. Bir ölkənin başqa bir ölkənin beynəlxalq hüquqla tanınan qanuni torpaqlarına o ölkədə akkreditə olunan ölkələrin səfirlərinin səfər etməsi ilə bağlı nota təqdim etməsi beynəlxalq hüquqa görə qanunsuzdur.

KONKRET.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Ermənistanın bu addımı beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə hörmət etmədiyinin sübutudur:

“Rəsmi İrəvan bu davranışı ilə bir daha göstərmiş oldu ki, heç bir halda onunla uzlaşmaq mümkün deyil. Bu gün Azərbaycan və Türkiyə regional proseslərə Ermənistanın qatılmasında maraqlıdır. Regionda gərginlik, müharibə heç bir ölkə üçün müsbət gələcək vəd etmir. Lakin 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra belə Ermənistan işğal siyasətindən əl çəkmir və Şuşaya səfər etdiyi üçün diplomatların təmsil olunduğu ölkələrə nota verir.

Rəsmi İrəvana heç bir məsələdə bundan sonra güzəştə getmək olmaz. Hətta bu davranışa cavab olaraq Laçın dəhlizi üzərindən rəsmi Ermənistana təzyiq edilməlidir”.

  • Mahmud
    İyul 14, 2021 - 12:55

    Çoxdan bağlanmalıdır bu dəhliz. Hansı dəhlizdən söhbət gedir. Alçaqlar Naxçıvana yol vermir, niyə onlara yol verməliyik, ona görə ki, “ağ qulaq” belə istəyir. Getsin öz işini görsün, onun təmin etdiyi sülh də onun gözünə girsin, nə vaxt onlardan bizim xalqa xeyir gəlib?

  • Baykal
    İyul 14, 2021 - 13:53

    Putin getsin öz ərazisində qanunu tətbiq etsin və buradan rədd olub çıxsın bura Azərbaycandır və özümüz ağalıq edəcək Bizə dəllal lazım deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*