Laçın və İrpen şəhərləri qardaşlaşacaqbackend

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlər aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə AZƏRTAC-a İrpen şəhər Meriyasından məlumat verilib.

“Biz Azərbaycanın Laçın şəhəri ilə İrpen şəhəri arasında tərəfdaşlıq yaratmaq üçün işləyirik. Artıq Azərbaycan və Ukraynanın müvafiq qurumları ilə müvafiq işlər aparılır”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, iki şəhər arasında gələcək qardaş şəhər münasibətləri Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a Laçın və İrpen şəhərlərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlərin aparıldığını təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*