Lamin Yamalın rekordunu yenilədibackend

Lamin Yamalın rekordunu yenilədi

“Levante”nin müdafiəçisi Mark Santos İspaniya La Liqasında debüt edərək “Barselona”nın vingeri Lamin Yamalın rekordunu təzələyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın U-16 millisinin üzvü I turun “Espanyol”a qarşı matçının (0:3) 64-cü dəqiqəsində İvan Romeronu əvəzləyib.

15 yaş 288 günlüyündə oyuna qoşulan sol cinah müdafiəçisi klub tarixinin ən gənc debütantı olmaqla yanaşı, L.Yamalın göstəricisini 2 gün üstələyib.

M.Santos bununla 1933-cü ildə “Donostia”nın heyətində eyni yaşda debüt etmiş Pedro İrastorsa ilə birlikdə La Liqa tarixinin ən gənc 3-cü oyunçusu ünvanına şərik olub. Turnirin mütləq rekordçusu 2019/2020 mövsümündə “Malyorka”nın formasında 15 yaş 219 günlüyündə meydana çıxan Luka Romerodur. İkinci sırada isə 1939/1940 mövsümündə “Selta”da 15 yaş 255 günlüyündə debüt edən Sanson qərarlaşıb.

Qeyd edək ki, L.Yamal XXI əsrdə La Liqa matçına əsas heyətdə çıxan ən gənc futbolçu (2023-cü ildə 16 yaş 38 günlüyündə) ünvanını qoruyur./”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*