Latviya Rusiya sərhədində hərbi istehkamların tikintisi barəcə qərar qəbul edib. Artıq Milli Silahlı Qüvvələrə bununla bağlı göstəriş verilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Delfi” respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Tikintinin sürətini artırmaq üçün ordudan istifadə etmək lazım olacaq. Ordunun dəstəyi ilə müvafiq olaraq 11 kilometr və 8,45 kilometr uzunluğunda istehkamların iki hissəsinin tikintisi planlaşdırılır. Dövlət Əmlak şirkəti baş podratçı kimi çıxış edir. Qurum tikintini idarə edəcək və işlərin gedişinə nəzarət edəcək.
Qeyd edək ki, oktyabrın sonunda Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite bildirib ki, Baltikyanı ölkələr Belarusla sərhədlərin bağlanması üçün ümumi alqoritmlərin effektivliyini qiymətləndirmək üçün təlimlər keçirəcəklər. Nazir iddia edir ki, bu cür əməkdaşlıq “düşmən dövlətlər üçün ciddi siqnal” olmalıdır.
Natiq Səlim,
KONKRET.az