Latviya ruslara viza verilməsini dayandırdıbackend

Latviya ruslara viza verilməsini dayandırdı

Latviyanın Rusiyadakı səfirliyi ruslara vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat verilib.

“Latviya Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Rusiya vətəndaşları üçün viza müraciətlərinin qəbulunu qeyri-müəyyən müddətə dayandırır”, – viza mərkəzinin açıqlamasında deyilir.

Qeyd edək ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, hökumət Rusiya vətəndaşlarına vizaların verilməsini məhdudlaşdırmaq yollarını müzakirə edir. Aİ-nin bir sıra ölkələri, o cümlədən Çexiya, Estoniya, Litva, Rumıniya və Polşa artıq Rusiya vətəndaşları üçün viza məhdudiyyəti tətbiq edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*