Lavrenti Beriyanı Azərbaycanla nə bağlayır? – MARAQLIbackend

Lavrenti Beriyanı Azərbaycanla nə bağlayır? - MARAQLI

1930-cu illərdə SSRİ-də bir Beriya kabusu dolaşırdı. Bu qəddar adamın adı çəkilən yerdə ot da cücərmirdi. Stalinin bir nömrəli cəlladı milyonlarla insanın repressiyasında iştirak etmiş, onların güllələnməsinə şəxsən göstəriş vermişdi. Stalinin ölümündən sonra siyasi səhnədən götürülən və güllələnən Beriya haqqında bəzi maraqlı məqamlar diqqət çəkir. Qaniçən qatil 1918-20-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətində əks-kəşfiyyat idarəsində çalışıb.

KONKRET.az oxucuların marağını nəzərə alaraq Beriya haqqında maraqlı faktları təqdim edir.

1. Beriyanın tərcümeyi-halı ziddiyyətlidir. Lavrenti Pavloviç 1918-20-ci illərdə Azərbaycanda işləyib. 20 yaşlı Beriya ADR-in əks-kəşfiyyat xidmətində əsl casus olub. Bolşevik casusu təxminən 6 aya yaxın Bakıda “xidmət edib”. Beriya partiyanın göstərişi ilə çalışdığını etiraf edib. Amma cəlladı ittiham edən zaman bu fakt onun əleyhinə işləyib və müsavatçı kimi də ittiham olunub. Onun məhkəmədəki ifadələri də buna sübutdur: “Mən uzun müddət müsavatçıların əks-inqilabçı kəşfiyyat idarəsində xidmət etmişəm. Leninin göstərişi ilə orada xidmət edərkən belə, sovet hökumətinə qarşı zərərli heç bir iş görmədim”.

2. Beriya Çelyabinsk vilayətinin qapalı şəhərlərindən birinə gedəndə kimsə sürücüsünün yatmasından istifadə edərək, onun avtomobilindən Lavrenti Pavloviçin paltosunu oğurlayıb. Oğurluğun şahidləri bildirirlər ki, palto səfil paltarına oxşayırmış. Amma kiməsə lazım olduğundan cırıq paltonu aradan çıxara bilib. Beriyanın tapşırığı ilə oğurlanan paltoyla bağlı heç bir araşdırma aparılmayıb.

3. Beriyanın anasının qız adı Jakelidir. Gürcüstanın qədim knyazlıq ailəsi də oxşar ada malikdir. Ancaq bəzi sübutlara görə, Marta Jakeli başqa bir ailə ilə – Meqreliya hökmdarları Dadiani ilə uzaq qohum idi. Əslində Marta Mingrellilər nəslindən olub.

4. Pavel və Marta oğulları Lavrentinin kiçik yaşlarından oxumağa meylli olduğunu görüblər. Onu oxutmaq üçün ailə evin yarısını satıb.

5. 1945-ci ilin avqustunda Beriya nüvə enerjisi məsələlərinə nəzarət etməyə başladı. Birinci prioritet atom silahlarının yaradılması idi. Onun rəhbərliyi altında uranın zənginləşdirilməsi baxımından beynəlxalq kəşfiyyatdan tutmuş, daxili infrastrukturun qurulması və planın həyata keçirilməsi üçün konkret layihəyə qədər bir sıra tapşırıqlar var idi. Düz dörd il sonra sovet atom silahları Semipalatinsk poliqonunda uğurla sınaqdan keçirildi.

6. Beriyanın oğlu Maksim Qorkinin nəvəsi ilə evil olub. Bu evlilikdən onların 3 övladı dünyaya gəlib. Amma Marfa Peşkova xəyanətə görə Serqodan boşanıb.

7. 1939-cu ildə Beriya əmr edib ki, əcnəbilərlə istənilən səviyyədə əlaqəsi olan hər kəsin ciddi uçotu aparılsın. Əlaqələrin hansı məqsədlə qurulmasından asılı olmayaraq, hər kəs ciddi nəzarətə götürülsün. Bundan sonra hətta digər ölkələrdən olan maraqlı həmkarları ilə möhür mübadiləsi aparan filatelistlər klubunun üzvləri də nəzarət altına alınıb.

8. Beriya yeddi il NKVD-nin rəhbəri olub. Əks-inqilabi cinayətlərə görə QULAQ edilən məhbusların statistikasına nəzər yetirdikdə dəhşətli faktlar üzə çıxır. 1934-38-ci illərdə repressiyaya məruz qalan günahsız insanların sayı 150 mindən 454 min nəfərə qədər artmışdı.

9. Beriyanın Siyasi Büro üzvü Qrişinin oğlu ilə evlənən Eteri adlı qeyri-qanuni qızı da var idi. O, Lavrenti Pavloviçin məşuqəsi Valentina Drozdovadan doğulub. Məşuqəsi məhkəmədə ona qarşı çıxış edərək, onunla yalnız qorxusundan birlikdə yaşadığını söyləyib. Maraqlısı budur ki, Beriyanın edamından sonra Drozdovanın həyatında daha iki qeyri-rəsmi əri olub, onlar da güllələnib. Onlardan biri iqtisadi cinayətlərə görə həbs edilən məşhur sovet “sexovşiki” Yan Rokotov idi.

10. Beriyanın oğlu öz xatirələrində yazırdı ki, atası həmişə evdə gecələyirdi. Səhər saat 6-da bütün ailəni idmana və soyuq duşa hazırlayardı. Voleybol oynamağı sevirdi. Lavrenti Pavloviç alman və ingilis dillərini mükəmməl bilirdi və bu dillərdə ədəbiyyatı orijinaldan oxuyurdu. Tənlikləri, ikiqat və üçlü inteqralları dərhal həll edirdi. Beriyanın daim qonaqları olardı. Onun qonaqları məclisə nadir hallarda tək gələrmişlər. Hərdən Stalinin özü də bu ziyafətlərdə iştirak edirmiş.

11. Belə bir versiya var ki, Beriya həbs edilərkən öldürülüb. Sonrakı məhkəmə prosesi sadəcə səhnələşdirilib, təqlid edilib. Ekspertlərin belə deməyə arqumenti də var. Məsələ burasındadır ki, Beriyanın həbsindən sonra onun bir dənə də olsun fotoşəkli, dindirilməsinin səs yazısı yoxdur.

Vəli Həsənov,

KONKRET.az

  • Elcin
    Yanvar 5, 2024 - 14:46

    QUSAR MERKEXİ POÇTA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*