Lavrov Azərbaycana gəlirbackend

Lavrov Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Bakıda rəsmi səfərdə olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Lavrovun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları planlaşdırılıb. Onun həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.

“Səfər zamanı Müttəfiq Əməkdaşlıq Bəyannaməsinə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün məsələlərə baxılacaq. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Bu sazişlər Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq və Cənubi Qafqazı sabitlik və əmin-amanlıq regionuna çevirmək üçün nəzərdə tutulub”, – deyə Rusiya XİN-dən bildiriblər.

İqbal rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*