“KTMT öz müşahidəçilərini Ermənistana yollamağa hazırdır. Bunun üçün lazım olan kollektiv təhlükəsizlik şurasının qərarıdır. Şuranın çağırılması isə KTMT-yə sədrlik edən ölkənin, yəni Ermənistanın ixtiyarındadır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə deyib.
Mirzoyan da öz növbəsində bildirib ki, İrəvan müşahidəçiləri gözləyir. Sadəcə belə bir görüş razılaşdırılmayıb:
“Amma Avropa İttifaqı Ermənistanla Azərbaycan sərhədinə missiya göndərmək barədə artıq qərar verib”.
Anar Rəhimov,
KONKRET.az
