“Paşinyanın Rusiya Federasiyasından gələn təhlükə ilə bağlı sözlərini onun vicdanına buraxıram”.
KONKRET.az xəbər verir ki, bu barəd Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın hərbi mövcudluğunun Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığı bəyanatını onun vicdanına buraxır.
“Ermənistan liderinin (Nikol Paşinyanın) sizin sitat gətirdiyiniz açıqlamalarını onun vicdanına buraxıram”, – Lavrov deyib.
Xatırladaq ki, Paşinyan yanvarın 10-da Rusiyanın Ermənistanda hərbi mövcudluğunu Ermənistanın təhlükəsizliyinə təhdid adlandırıb.
Xuraman Etibarlı,
KONKRET.az
