Lavrov: “Rusiya tezliklə dost olmayan ölkələrin siyahısını təqdim edəcək”backend

Lavrov: “Rusiya tezliklə dost olmayan ölkələrin siyahısını təqdim edəcək”

“Rusiya hökuməti yaxın vaxtlarda dost olmayan ölkələrin siyahısını təqdim edəcək: meyarlar aydındır, gözləmək çox vaxt çəkməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə verdiyi müsahibədə deyib.

“Hökumətin konkret təlimatları var, bu işdə rəhbər tutduğumuz meyarlar aydındır. Beləliklə, düşünürəm ki, gözləmək çox uzun olmayacaq”.

Qeyd edək ki, bundan əvvəl Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Federasiyasının ABŞ-ın da daxil olduğu “dost olmayan ölkələrin” siyahısını tərtib etdiyini söyləyib.

Onun sözlərinə görə, bu siyahıya daxil olan ölkələrin vətəndaşları üçün, xüsusən dövlət və diplomatik işə qəbul halında məhdudiyyətlər tətbiq ediləcək.

Xüsusilə, siyahının yaradılmasına ABŞ-ın “tamamilə dost olmayan hərəkətləri” səbəb oldub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*