“Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatı yalnız məqsəd və vəzifələri yerinə yetirildikdə başa çatacaq”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə”yə müsahibəsində əməliyyatın mayın 9-da bitib-bitməyəcəyi ilə bağlı suala cavabında deyib.
“Sizə təsvir etdiyim məqsədlər reallaşandan və nəticələr olandan sonra bu əməliyyatlar bitəcək”, – deyə nazir bildirib.
Qeyd edək ki, daha əvvəl də Sergey Lavrov xüsusi əməliyyatın müqavilə ilə başa çatacağını bəyan edib.

Onda sualı belə qoyaq: ” Rusiya deyir ki, hər şey plan üzrə gedir. Plan üzrə gedirsə onda Ukraynadakı xusisi əməliyyatın başa çatması nə vaxta planlaşdırılır?” Bəlli ki, nə belə plan var, nə də onun sonu görünmür. Yemədi.Odur ki, Lavrov getdin pişiyini oynadın…