Lavrov və Çavuşoğlu “3+3” formatının növbəti görüşü barədə RAZILIĞA GƏLDİbackend

Lavrov və Çavuşoğlu "3+3" formatının növbəti görüşü barədə RAZILIĞA GƏLDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, S.Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu yaxın gələcəkdə “3+3” formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər: “Onlar ilk belə görüşü müsbət qiymətləndiriblər. Növbəti görüşün keçirilməsi planlaşdırılıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*