Lavrov YUNESKO-nu tənqid etdi – Rusiyanı “ləğv edə bilmədilər”backend

Lavrov YUNESKO-nu tənqid etdi - Rusiyanı “ləğv edə bilmədilər”

Rusiyanı YUNESKO-da “ləğv etmək” mümkün olmayıb və bütün cəhdlərə baxmayaraq, mümkün olmayacaq. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu  Rusiyanın xarici işlər naziri Sergey Lavrov  verib: “Bütün maneələrə baxmayaraq, keçən il biz bir neçə sahədə bir sıra çox müsbət nəticələr əldə etdik. Xüsusilə, 2024-cü ilin iyulunda Hindistanın paytaxtında keçirilən Ümumdünya İrs Komitəsinin sessiyasında biz Rusiyanın daha bir mövqeyinin daxil edilməsinə nail olduq. Bu da  dünya əhəmiyyətli təbii və mədəni obyektlər siyahısında 33-cüdür.

Lavrov həmçinin qeyd edib ki, YUNESKO-nun dərc etdiyi son hesabatda rusiyalı jurnalistlərin ölümü qeyd olunmayıb. “Xanım Azulenin (YUNESKO-nun baş direktoru Odri Azulenin) jurnalistlərin təhlükəsizliyi ilə bağlı ona verilən mandatı yerinə yetirməkdən imtina etməsi, xüsusilə onların qətllərini pisləməsi mahiyyətcə onu informasiya müharibəsinin iştirakçısına çevirir”, – deyə Lavrov bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*