İsrail Baş naziri Benjamin Netanyahu Qüdsdə xəstəxanaya yerləşdirilib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
“Netanyahu bazar ertəsi axşam “Hadassah Ein Kerem” tibb mərkəzinə aparılıb. Baş nazirin ofisi onun stomatoloji müalicə aldığını açıqlayıb”, – məlumatda deyilib.
Məlumata görə, son vaxtlar Netanyahunun səhhəti ictimaiyyətin diqqət mərkəzində olub.
