Leninin cəsədini Mavzoleydən oğurlamaq istədibackend

Leninin cəsədini Mavzoleydən oğurlamaq istədi

Rusiyanın paytaxtında bir şəxs Mavzoleydən Vladimir Leninin cəsədini oğurlamağa cəhd edib.

KONKRET.az xəbər verir ki, hadisə fevralın 5-də gecə yarısı baş verib. Sərxoş vəziyyətdə olan şəxs Mavzoleyi gəzib, daha sonra binanın qapısını açmağa cəhd etmək qərarına gəlib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Polis bölməsinə aparılan şəxs Leninin cəsədini oğurlamağa cəhd etdiyini etiraf edib.

Saxlanılan şəxsin qeyri-adi davranışı ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları psixiatrik yardım üçün təcili yardım çağırıb və problem yaradan şəxsi həkimlərə təhvil verib.

Məlum olub ki, fevralın 13-dən Mavzoley iki ay müddətinə ictimaiyyət üçün bağlı olacaq . Bu, profilaktik tədbirlərlə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*