Lənkəranda 43 yaşlı kişi bıçaqlandıbackend

Lənkəranda 43 yaşlı kişi bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə 22:30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.

Ona ilkin tibbi yardım göstərilib və döş qəfəsinin sol payının deşilmiş-kəsilmiş yaraları diaqnozu qoyularaq, əməliyyat blokuna alınıb. Vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*