Lənkəranda zəncirvari qəza oldubackend

Lənkəranda zəncirvari qəza oldu

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, 3 maşın toqquşub.

KONKRET.az xəbər verir ki, hadisə Lənkəran – Boradigah – Masallı yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yük avtomobili ilə toqquşub. Yük avtomobili aşaraq digər “Mercedes” avtomobilinə çırpılıb.

Qəza nəticəsində həmin istiqamətdə yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda yolun tam açılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, qəzada xəsarət alan olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*