backend

Leonid Spatkay: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından lazım gəlsə çıxarılar, amma Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı heç bir halda pozmayacaq”

KONKRET.AZ xəbər verir ki, erməni mediasında Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü geniş müzakirə edilib. Erməni ekspertlər Belarus silahlarının Azərbaycana tədarükündən narahatlıqlarını gizlətməyib.

Belarus hərbi eksperti, ehtiyatda olan polkovnik Leonid Spatkay Belarusun “Raçıya” radiostansiyasının efirində söylədikləri isə ermənilərdə sözün əsl mənasında təşviş yaradıb. Belə ki, Leonid Spatkay vurğulayıb ki, “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından lazım gəlsə çıxarılar, amma Rusiya və Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı heç bir halda pozmayacaq. Belarusun Azərbaycana təklif edəcəyi silahlar arasında yalnız Polonezlər deyil. Bu gün müasir silahların siyahısında istənilən pilotsuz uçuş aparatlarını zərərsizləşdirən silahlar da var ki, Azərbaycana tədarük olunacaq”.

F.PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*