LERİKDƏ karantini pozanlar cərimələndibackend

LERİKDƏ karantini pozanlar cərimələndi

Koronavirus pandemiyasının Lerik rayonunun ərazisində yayılmasının qarşısının alınması, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirilib.

KONKRET.az xəbər verir ki, Lerik şəhərinin mərkəzi küçə və meydanlarını, avtovağzal, mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektlərini və ictimai nəqliyyat vasitələrini əhatə edən reyd zamanı əhali ilə söhbətlərdə Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməli, gigiyenik vasitələrdən, o cümlədən tibbi spirt, maska və əlcəkdən mütəmadi istifadə etməli, insanlarla təmas məsafəsini gözləməlidirlər.

Reyd zamanı 65-ə yaxın ictimai-iaşə, bank, yanacaqdoldurma məntəqəsi və ticarət obyektlərində yoxlamalar aparılıb. Xüsusi karantin rejiminin tələblərinə riayət etməyən bir neçə obyekt sahibinə xəbərdarlıq edilib, tibbi əlcək və maskalardan istifadə etməyən, mövcud qaydaları pozanlara qarşı isə inzibati qaydada cərimələr tətbiq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*