Levon Ayryan ermənilərə SƏSLƏNDİ: “Sizi Hadrutluların taleyi gözləyir, sərgərdan olacaqsınız”backend

Levon Ayryan ermənilərə SƏSLƏNDİ: "Sizi Hadrutluların taleyi gözləyir, sərgərdan olacaqsınız"

Biz artıq ümidsiz vəziyyətə yaxınlaşırıq, xalq çıxıb öz maraqlarını müdafiə etməyə başlamalıdır, çünki bizim maraqlarımızı bizdən başqa heç kim müdafiə etməyəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı “Hadrut Naminə” İctimai Təşkilatının sədri Levon Ayryan deyib.

Onun fikrincə, ölkədə mövcud vəziyyətin yaranmasında xalqın ətaləti də günahkardır.

“Bıçaq sümüyə çatıb, amma bu vəziyyətdən çıxmaq üçün heç kim addım atmır. Xalqa deyirlər ki, onları məhv edəcəklər, amma camaat susur, cavab vermir”.

Ayryan qeyd edib ki, bu günkü aksiya hakimiyyətə deyil, hər bir erməniyə ünvanlanıb ki, onlar ölkənin dağıdılmasına reaksiya versinlər, evdə oturmasınlar, çünki ölkə dağıdılır.

“Bu hökumət getməlidir, ona görə ki, ermənilərin maraqlarına xidmət etmir. Hadrutluların yurdu yoxdur. Siz də eyni vəziyyətdə olacaqsınız. Amma bizim vəziyyətimiz Ermənistan sakinlərininkindən daha yaxşıdır, biz başımıza gələnləri bilirik, amma siz bilmirsiniz ki, sizi nə gözləyir. Sizi Hadrutluların taleyi gözləyir – başqa ölkədə evsizlər kimi sərgərdan gəzəcəksiniz, çünki siz bizim dövlətimizi müdafiə etmək istəmirsiniz, hakimiyyət dövləti satır, biz isə səssizcə seyr edirik”, – L.Ayryan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*