Leyla Seyidbəyli vəzifəsindən azad olundubackend

Leyla Seyidbəyli vəzifəsindən azad olundu

7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyli vəzifəsindən azad edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Səhiyyə Mərkəzindən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatı TƏBİB-dən təsdiq ediblər. Qeyd edilib ki, L.Seyidbəyli çalışmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəifəsini icra edən Vüqar Qurbanovun müvafiq əmri ilə təyin olunan S.Şamilova ixtisasca mama-ginekoloqdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*