backend

Lift şaxtaya düşdü: Gənc tibb bacısı öldü

Dünən Aşqabadda S.A.Niyazov adına Türkmənistan Tibb Məsləhət Mərkəzinin Cərrahiyyə şöbəsində (xalq arasında Niyazov xəstəxanası) liftdə yaranmış nasazlıqlar üzündən gənc tibb bacısı ölüb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun məlumatına görə, tibb bacısı və liftçi xanım xəstəni təkərli xərək üzərində yuxarı mərtəbəyə qaldırırmış. İstədikləri mərtəbəyə çatdıqda, əvvəlcə liftçi çıxıb və xərəyi çıxarmağa başlayıb. Birdən liftin qapısı bağlanıb və lift aşağıya doğru sürətlə hərəkət edib. Şahidlərin dediklərinə görə, şaxtaya zərblə dəyən köhnə lift kabinəsi tam dağılıb və tibb bacısı yerindəcə dünyasını dəyişib, onun meyiti şaxtadan hissə-hissə çıxarılıb. Mərhumun üç övladı var imiş.

Niyazov Xəstəxanası paytaxtın ən qədim tibb müəssisələrindən biri hesab olunur. Onun binası uzun illərdir ki, təmir olunmur, yük liftləri kimi mexanizmlərin yenilənməsindən isə söhbət gedə bilməz. Buna baxmayaraq, xəstəxana orta və aşağı gəlirli insanlar arasında çox populyardır, çünki diaqnostika və müalicə qiymətləri Aşqabadın yeni müasir tibb mərkəzlərinə nisbətən çox aşağıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*