Litva Avropa ölkələrinə Rusiya ilə bağlı ÇAĞIRIŞ ETDİbackend

Litva Avropa ölkələrinə Rusiya ilə bağlı ÇAĞIRIŞ ETDİ

Bütün Avropa ölkələri Rusiya səfirlərini geri göndərməlidir.

KONKRET.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.

Onun sözlərinə görə, Rusiya səfirlərini Avropada saxlamağın mənası yoxdur.

“Avropa paytaxtlarında Rusiya səfirlərinin saxlanmasının mənası yoxdur. Onlar artıq diplomatik qurum deyil, müharibə cinayətlərini ört-basdır edən və soyqırım təbliğatını aparan qurumdur”, – Landsberqis mətbuat konfransında bildirib.

Qeyd edək ki, 2022-ci ilin aprelində Litva Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb və rus diplomatlarını ölkədən çıxarıb. Bu ilin yanvarında isə Estoniya Rusiya səfiri Vladimir Lipaevi ölkədən çıxarıb. Oxşar tədbirlər Latviya tərəfindən də həyata keçirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*