Litvanın Gürcüstandakı səfiri XİN-ə çağırıldı – ETİRAZbackend

Litvanın Gürcüstandakı səfiri XİN-ə çağırıldı - ETİRAZ

Gürcüstan hökuməti Litvanı ölkənin daxili işlərinə kobud müdaxilə etməkdə ittiham edib.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bu məqsədlə Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra ölkənin xarici siyasət idarəsinə çağırılıb. Səfirə izah edilib ki, son vaxtlar Litva rəsmilərinin verdiyi bəyanatlar, eləcə də Litva XİN rəhbərinin Tbilisidəki etiraz aksiyasında iştirakı və Gürcüstan səfirinin “Xarici agent haqqında” qanunla əlaqədar Litva XİN-nə çağırılması ölkənin daxili işlərinə kobud müdaxilədir və iki dövlət arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinə uyğun gəlmir.

Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin “pozitiv gündəmə” qayıdacağına ümidvar olduqlarını bildiriblər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*