“Liz Trass bir neçə həftə ərzində Baş nazir postundan uzaqlaşdırılacaq” – Kvartenqbackend

"Liz Trass bir neçə həftə ərzində Baş nazir postundan uzaqlaşdırılacaq" - Kvartenq

Britaniyanın Baş naziri vəzifəsindən kənarlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Böyük Britaniya Maliyyə Nazirliyinin yaxınlarda vəzifəsindən azad edilmiş rəhbəri Kvazi Kvartenq bildirib ki, Liz Trass bir neçə həftə ərzində Baş nazir postundan uzaqlaşdırılacaq.

Bu fikirdə təkcə Kvartenq deyil, Downing Street-dən olan digər hökumət rəsmiləri də Trassın vəzifədən uzaqlaşdırılmasının zaman məsələsi olduğuna inanırlar.

Trassun işindən narazılığın səbəblərindən biri də onun büdcə ilə bağlı qərarları olub.

Bundan əlavə, Britaniya parlamentinin Mühafizəkarlardan olan üzvləri həmkarları Liz Trassın Baş nazir postundan istefasına nail olmaq üçün fəal yollar axtarmağa başlayıblar.

Nəşr qeyd edir ki, hazırda bunu etmək texniki cəhətdən çətindir. Xüsusilə, mövcud qaydalar Mühafizəkarlar Partiyasından olan deputatların baş nazir kimi ilk il ərzində Trassın etimadına səs verməsini qadağan edir.

“Politico” izah edir ki, bu qaydalar dəyişdirilə bilər və buna görə də Trassın kənarlaşdırılması ilə bağlı yeganə sual bunun nə vaxt baş verəcəyidir.

Nəşr vəziyyətlə tanış olan mənbələrə istinadən yazır ki, indiki vəziyyətdə Trassın yeganə gücü onun postuna açıq-aydın namizədin olmamasıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*