Əqli qüsurlu qadını qaçırıb adına kredit götürmək istədilər – FOTObackend

Əqli qüsurlu qadını qaçırıb adına kredit götürmək istədilər - FOTO

Türkiyənin Antalya şəhərində oktyabrın 27-də itkin düşən 25 yaşlı Rabia Nur Yiğit 9 gün sonra Denizlidə tapılıb.

KONKRET.az xəbər verir ki, gənc qadının zorla saxlanıldığı, onun adına kredit götürməyə cəhd edildiyi və bu zaman döyüldüyü iddia olunur.

Antalyada yaşayan Rabia Nur Yiğit oktyabrın 27-də evdən çıxdıqdan sonra itkin düşüb. Qızlarından xəbər ala bilməyən ailəsi onun tapılması üçün televiziya proqramına müraciət edib.

Ailə qızlarının iki kişi tərəfindən evlərinin yaxınlığından aparıldığını iddia edib. Onların sözlərinə görə, Rabia Nurun yoxa çıxmasından bir gün sonra onun adına kredit kartı və kredit müraciətləri edildiyi barədə bildirişlər gəlib.

Təhlükəsizlik kameralarının görüntülərində də gənc qadının itkin düşdüyü gün iki kişi ilə birlikdə küçədə hərəkət etdiyi əks olunub.

Televiziya proqramında səsləndirilən iddialardan sonra Denizli Baş Prokurorluğu araşdırmaya başlayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 9 gündür axtarılan Rabia Nur Yiğit şəhərdəki ünvanlardan birində tapılıb.

Gənc qadını zorla saxladıqları və ondan maddi mənfəət əldə etməyə çalışdıqları iddia edilən Ş.B. və A.T. saxlanılıb. Məhkəməyə çıxarılan hər iki şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Tapıldıqdan sonra ailəsinə təhvil verilən Rabia Nur Yiğitin döyüldüyü bildirilir. Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün xəstəxanaya yerləşdirilən gənc qadının müalicəsi davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*