Lukaşenko: Belarus Rusiya ilə dürüst əlaqələr istəyirbackend

Lukaşenko: Belarus Rusiya ilə dürüst əlaqələr istəyir

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiya ilə ədalətli və şəffaf əlaqələrə çalışdığını, lakin xarici siyasətini özü müəyyənləşdirdiyini söyləyib. 

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Belarusa baş çəkib.

“İstəmirsiniz — bu barədə bizə desinlər. Və qışqırsınlar: “Ah, Pompeo gəldi. Sabah Trump gələcək… Onlar nə edəcəklər?”— deyə Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, Minsk ümid edir ki, beş il əvvəl vəd etdiyi kimi, Moskva bizə qazı öz daxili qiymətləri kimi satacaq.

O, Belarusun öz xarici siyasətini müstəqil müəyyənləşdirmək hüququna malik olan suveren və müstəqil dövlət olduğunu da vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, Minsk ABŞ dövlət katibinin səfərini gizlətmək niyyətində deyil: “Vaşinqtonla münasibətlər qurmaq istəyirik”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*