Belarus prezidenti Aleksandr Lukaşenko ölkə sərhədləri yaxınlığında yaranan vəziyyəti “çətin hərbi-siyasi vəziyyət” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
Mənbə yazır ki, Belarus lideri Sərhəd Mühafizəsi Günü münasibətilə sərhəd xidmətinin şəxsi heyətinə və veteranlarına məktub ünvanlayıb.
Lukaşenko məktubunda vurğulayıb ki, vətəndaşlar öz müstəqilliklərini və ərazi bütövlüyünü qorumağa qadirdirlər.
O, həmçinin “sərhədçilərin Vətənin müqəddəs sərhədlərinin toxunulmazlığı üçün əlindən gələni edəcəklərinə” ümid etdiyini bildirib.
Roman Göytürk,
KONKRET.az
