Macarıstan və NATO arasında münasibətlər gərginləşirbackend

Macarıstan və NATO arasında münasibətlər gərginləşir

NATO Macarıstanın Rusiya və Çinlə yaxınlaşmasından narahatdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadən yazıb.

Həmçinin ABŞ-nin Macarıstandakı səfiri Devid Pressman da bu yaxınlaşmanın nəticələrindən narahatlığını ifadə edib.

Sözügedən məsələ oktyabrın 30-da Budapeştdə keçiriləcək səfirlərin və hərbi attaşelərin sammitində müzakirə edilməli idi, lakin Macarıstan rəsmiləri görüşə dəvətə məhəl qoymadılar.

Vurğulanıb ki, görüş Macarıstanın müttəfiqlərinə özünü izah etmək üçün faydalı bir fürsət olardı, lakin onun nümayəndələri müzakirələrdə iştirak etməyıblər.

Qeyd olunub ki, alyans üzvlərinin NATO-nun bütün sənədlərinə, o cümlədən məxfi sənədlərə çıxışı var. Yaxınlaşma nəticəsində bu, Rusiyanın əlinə keçə bilər.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*