Madurodan Maska sərt reaksiya – “Döyüş istəyirsən?”backend

Madurodan Maska sərt reaksiya – "Döyüş istəyirsən?”

“Maduro prezident seçkilərinin saxtalaşdırıldığını iddia edən Maska verib: “Döyüş istəyirsən? Gəlin o zaman döyüşək”.

KONKRET.az xəbər verir ki, iyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində qalib gəldiyi açıqlanan hazırkı prezident Nikolas Maduro seçkilərin saxtalaşdırıldığını iddia edən amerikalı milyarder İlon Maska reaksiya verib.

Venesuela mətbuatında çıxan xəbərlərə görə, Maduro milli televiziyada yayımlanan mətbuat konfransında Maduronun böyük seçki saxtakarlığını paylaşdığı üçün Maskı tənqid edib. Maskı yeni əzəli düşmənləri kimi səciyyələndirən Maduro “Elon Mask, mən döyüşə hazıram” deyib.

Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Maduro iyulun 28-də keçirilən prezident seçkilərində 51,20 faiz səslə üçüncü dəfə qalib gəlib.

Venesuela müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales seçki nəticələrini rədd etdiklərini açıqlayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*