Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi-VİDEObackend

Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi -VİDEO

Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etməsi barədə videogörüntü yayılıb.

KONKRET.az xəbər verir ki, videogörüntünü Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “facebook” sosial şəbəkəsindəki hesabında paylaşıb.

O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Mirvari Fətəliyeva bildirib ki, Emmanuel Makron 7 rayonun Azərbaycana aid olduğunu qeyd edib.

Fransa prezidenti deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makronun sözlərinə görə, bu rayonlar Azərbaycan ərazisidir və əgər suveren xahişlər yoxdursa, bu məsələyə qarışmamaq lazımdır. (report)

  • Həsənov Ələsgər Abış oğlu
    Noyabr 22, 2020 - 20:35

    Makron işğal edilmiş yeddi rayonu deyir, keçmiş DQMV-ni nəzərdə tutmur mənim fikrimcə!

Həsənov Ələsgər Abış oğlu üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*