Rusiya Ukraynaya nüvə zərbəsi endirərsə, Paris belə silahlardan istifadə etməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına deyib.
Onun sözlərinə görə, bunu Fransanın nüvə doktrinası nəzərdə tutmur.
Fransa Prezidenti izah edib ki, münaqişə coğrafi olaraq genişlənməməlidir.
Bundan əlavə, o, nüvə təhlükəsi haqqında daha az danışmağa və sülhə qayıtmaq üçün danışıqlara şərait yaratmağa çağırıb.
Qeyd edək ki, bir tərəfdən Rusiya, digər tərəfdən isə Ukrayna və Qərb bir-birini nüvə müharibəsi ilə bağlı ritorika yaratmaqda ittiham edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyadan gələn nüvə təhlükəsi mövzusunu şişirtməməyə çağırıb.
İqbal Rzayev,
KONKRET.az
