Makron Rusiyanı İTTİHAM etdi: “Bu ölkə Ermənistanla Azərbaycan arasında münaqişəni gərginləşdirib”backend

Makron Rusiyanı İTTİHAM etdi: "Bu ölkə Ermənistanla Azərbaycan arasında münaqişəni gərginləşdirib"

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı qəsdən Ermənistan və Azərbaycan arasında münaqişə yaratmaqda ittiham edib.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Makrona görə, Rusiya bunu Qafqaz regionunda və ondan kənarda vəziyyətin sabitliyini pozmaq səylərinin bir hissəsi kimi edir.

“France 2” telekanalının efirində Makron bildirib ki, Rusiya son aylar ərzində tərəflər arasında gərginliyi Azərbaycanın xeyrinə artırıb.

“Son iki ildə sərhəddə nə baş verib? 5 min rus əsgəri guya sərhədi qorumaq üçün ordadır, amma ruslar bu münaqişədən istifadə edərək Türkiyə ilə oyun qurdu və vaxtilə onlara yaxın olan Ermənistanı zəiflətdi. Nə baş verdiyini görürsünüzmü? Rusiya sabitliyi pozmağa çalışır. Bu ölkə sabitliyi pozmaq üçün Qafqazda xaos yaratmaq istəyir”, – deyə Makron bildirib.

Natiq Səlim,

KONKRET.az

  • Namiq
    Oktyabr 13, 2022 - 13:43

    Deməli indiyə qədər və əsasən də Praqada bu eşşəyə Azərbaycan həqiqətləri, əraziləri, 30 il işğalda olması yaxşı başa salınmayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*