Makronun irəli sürdüyü bu təklif Ermənistanın maraqlarına zərbədir – AÇIQLAMAbackend

Makronun irəli sürdüyü bu təklif Ermənistanın maraqlarına zərbədir - AÇIQLAMA

“Makronun bu açıqlaması Minsk qrupunun həmsədri olan Fransanın açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxdığını göstərir”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyana ünvanladığı məktubda Parisin Qarabağ probleminin “Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət” şərtilə həllinə kömək etməyə hazır olması fikrini şərh edərkən deyib.

M. Əsədullazadənin fikrincə, bu, açıq-aşkar Makronun Azərbaycanın ərazi bütövlüyünə qarşı ortaya mövqe qoyması deməkdir:

“O, məktubunda həll edilmiş Qarabağ münaqişəsinin “Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət” şərtilə həllinə kömək etməyə hazır olduğunu vurğulayıb. Bu açıqlamadan göründüyü kimi, Makron əslində Ermənistanla Azərbaycan arasında mümkün əlaqələrin qurulmasına qarşı çıxır. Belə yanaşma açıq şəkildə həm də onu göstərir ki, Paris Azərbaycanın ərazi bütövlüyünə qarşı gələrək, Qarabağ məsələsinin həllini utanmadan Ermənistanın ərazi bütövlüyü çərçivəsində görür. Bu məqsədlə Minsk qrupu çərçivəsində danışıqların bərpasını irəli sürür”. Həmsöhbətimiz onu da vurğuladı ki, Makronun irəli sürdüyü bu təklif Ermənistanın maraqlarına zərbədir. Həmçinin bu Pasinyanin siyasətinə diametral ziddir:

“Təbii ki, İrəvan belə bir avantürist siyasi çağırışa dəstək verərsə, Ermənistan blokda qalmaqda davam edəcək. Bu isə Paşinyan üçün maraqlı deyil”.

Politoloq düşünür ki, Fransa prezidentinin məktubunda qeyd edilənlərlə bağlı olaraq Azərbaycan ATƏT-in Minsk qrupu formatından Fransanın çıxarılmasını tələb etməlidir:

“Belə bir ölkə orada qalacaqsa, danışıqlar aparmaycağam” bəyanatı verilməlidir. Həmçinin Bakı rəsmi olaraq nota verməli və səfirin ölkəmizdən çıxmasını tələb etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*