Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.
Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.
***
08:09
Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.
Məlumata görə, bölgədə təkrar təkanlar davam edir.
