Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Onun sözlərinə görə, dağıntılar altından 32 nəfər xilas edilib.
***
14:46
Malatyada baş verən 5,6 maqnitudalı zəlzələ zamanı 1 nəfər həlak olub, 69 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı AFAD rəhbəri Yunus Sezer məlumat verib.
Türkiyənin vitse-prezidenti Fuat Oktay baş verənlərlə əlaqədar təbii fəlakətdən zərər çəkən bütün sakinlərə şəfa diləyib.
O, həmçinin sakinlərdən zədəli binalardan uzaq durmalarını istəyib və bildirib ki, xilasetmə heyəti axtarışları davam etdirir.
Türkiyənin milli təhsil naziri Mahmut Özer isə deyib ki, zəlzələ zamanı azı 22 bina dağılıb.
Qeyd edək ki, Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal gücündə zəlzələ baş verib.
***
13:30
Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələ olub.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Hadisə nəticəsində 44 374 nəfər ölüb.
