Maldiv Hindistandan buna görə XAHİŞ ETDİbackend

Maldiv Hindistandan buna görə XAHİŞ ETDİ

Maldiv hakimiyyəti Hindistandan bu il martın 15-dək hərbçilərini bu ada ölkəsindən çıxarmağı xahiş edib.

KONKRET.az xəbər verir ki, bunu Maldiv Prezident Administrasiyasının dövlət siyasəti üzrə müşaviri Abdulla Nazim bildirib.

Abdulla Nazim deyib ki, Hindistan hərbçiləri ölkədə qala bilməz: “Prezident Məhəmməd Muizz və hazırkı administrasiyanın qəti mövqeyi belədir”.

Abdulla Nazim nəzərə çatdırıb ki, bu gün iki ölkənin formalaşdırdığı yüksək səviyyəli işçi qrupunun ilk iclası keçirilib və iclasda da bu məsələ müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*