Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürüldübackend

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürüldü

Rusiyanın muzdlu “Vaqner” qrupu Malidə baş verən ağır toqquşmalarda böyük itki verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Əlcəzair sərhədində Tuareqlərlə ağır toqquşmalarda Mali ordusu ilə birlikdə Rusiyanın muzdlu “Vaqner” qrupu itki verib.

Mali uzun müddətdir ki, islamçı yaraqlılara qarşı mübarizə aparır. Mali hökuməti bildirir ki, bölgədəki Rusiya qüvvələri muzdlular deyil, Mali ordusuna Rusiyadan alınan texnikadan istifadə etməyi öyrədən təlimatçılardır.

Mali hökumətinə qarşı mübarizə aparan Sülh, Təhlükəsizlik və İnkişaf üçün Daimi Strateji Çərçivə adlı qrup şənbə günü sərhəddəki Tinzaouaten şəhərindəki münaqişədən sonra zirehli texnika, yük maşınları və tankerləri ələ keçirdiklərini açıqlayıb.

Fəaliyyətləri ilə bağlı nadir hallarda açıqlama verən Vaqner “Pond” təxəllüsündən istifadə edən Sergey Şevçenkonun komandanlığı altında olan Tinzaouaten yaxınlığında Mali əsgərləri ilə döyüşdüyünü bildirib.

Telegram-da yayımlanan bəyanatda deyilir: “Pond” qrupu islamçıların əksəriyyətini ilk gündə məhv etdi. Qalanları isə qaçdılar… Amma radikallar qum fırtınası ilə yenidən təşkilatlanaraq sayını 1000 nəfərə çatdırdılar”. Açıqlamada Vaqnerin hücumu dəf etdiyi, lakin sıx atəşə tutulan Vaqner və Mali əsgərlərinin itki verdiyi bildirilib.

Mali ordusu həftə sonu verdiyi açıqlamada bildirib ki, toqquşmalarda 2 əsgər öldürülüb, 10 əsgər yaralanıb. Cümə günü adi bir missiya zamanı Kidalda bir vertolyot qəzaya uğrayıb, lakin ölən olmayıb.

Orxan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*