“Qarabağda yaşayan hər bir erməninin yanında bir silahlı sülhməramlı olmalıdır”.
KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” xəstəliyinin rəhbəri Ayk Mamicanyan bu gün parlamentdə brifinq zamanı deyib.
“Son zamanlar Azərbaycanda həyata keçirilən qanunvericilik layihələrinin bütün idarə ərazi vahidlərinin muxtariyyətinin azaldılmasına yönəlib.
Hazırda Qarabağ tərəfi üçün humanitar problemlərin həlli, Azərbaycan tərəfi etnik azlıq ilə təmas kimi qiymətləndirir.
Azərbaycanda yaşayan etnik azlıqlara həmin dövlətdə necə münasibət qurulduğunu dəqiq bilmirik.
İstənilən başqa gələcək iş prosesi üçün minadır. Paşinyan üzünü xilas etmək üçün hansısa formasiyalar olacaq, lütfən, buna təslim olma.
Bu, aldatma olacaq. Əks halda, Qarabağda yaşayan hər bir erməninin yanında bir silahlı sülhməramlı olmalıdır”, – deyə Mamicanyan sərsəmləyib.
P.S.Mamicanyanın timsalında bütün ermənilərin nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan tolerant ölkədir və respublikada yaşayan bütün xalqlara, millətlərə, etnik azlıqlara eyni münasibət göstərilir. Ermənistandan fərqli olaraq, Azərbaycan hər bir vətəndaşına konstitusiyaya uyğun olaraq davranır.
Xuraman Etibarlı,
KONKRET.az
