Maraqlı araşdırma: Hər kəsin soyadı eyni olacaqbackend

Maraqlı araşdırma: Hər kəsin soyadı eyni olacaq

Yaponiyada həyat yoldaşlarının fərqli soyadlardan istifadə etməsinə icazə verilməsə, 500 il ərzində ölkədə hər kəs Sato soyadına sahib olacaq.

KONKRET.az xəbər verir ki, bununla bağlı ölkənin rəsmi mediası məlumat yayıb.

Qeyd edək ki, 1800-cü illərdən qalma Vətəndaş Məcəlləsinin dəyişdirilməsi kampaniyası çərçivəsində aparılan araşdırmalara görə, bu istiqamətdə heç bir addım atılmasa, hər bir yaponun 2531-ci ilə qədər “Sato-San” soyadından istifadə etməkdən başqa çarəsi qalmayacaq.

Tədqiqata rəhbərlik edən Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşida bildirib ki, hər kəsin soyadı Satodursa, bir-birimizi adlarımız və ya nömrələrimizlə çağıra bilərik. Məncə, bu yaxşı fikir deyil”.

Xatırladaq ki, Sato hazırda Yaponiyada ən çox istifadə edilən soyaddır. Əhalinin 1,5 faizi bu soyaddan istifadə edir və bu nisbət 2022-2023-cü illər arasında sürətlə artıb.

Mütəxəssislər ölkənin “Satolar dövlətinə” çevrilməsinin fərdi hüquqlara zərər verəcəyini vurğulayırlar.

Yeri gəlmişkən, Yaponiyada cütlüklər evlənərkən bir-birinin soyadını götürürlər. Ümumiyyətlə, qadınlar ərinin soyadından istifadə edirlər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*